Dünya

Azadlıq sindromu: Şotlandiya müstəqil olacaqmı? - FOTO

17 Sentyabr 2014 15:46
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sabah Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçiriləcək. Ölkə sakinləri Böyük Britaniya Krallığının tərkibində qalıb-qalmamaq barədə qərar verəcəklər.

Müstəqillik tərəfdarları çiçəklənən Skandinaviya ölkələrini - xüsusilə də Norveçi nümunə göstərirlər. Norveç 1905-ci ildə İsveç ilə ittifaqdan çıxıb. Bundan başqa, Çexiya və Slovakiyanın da nümunəsi gətirilir.

Bülletenlərdə "hə" və "yox" cavabları yer alıb. Bu səbəbdən də iki kampaniya gedir - "Yes Scotland" (Hə Şotlandiya) və "Better together" (birlikdə yaxşıdır).

İndiyə qədər Londonda Şotlandiyanın müstəqilliyinə sakit yanaşırdılar. Çünki əhalinin əksər hissəsi birlikdə olmağın tərəfdarı idi. Ancaq seçkilərə 10 gün qalmış keçirilən sosial sorğular vəziyyətin tamamilə dəyişdiyini göstərib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.