Dünya

Vatikanın avtomobilində narkotik aşkarlandı

17 Sentyabr 2014 15:34
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Fransa gömrükçüləri Vatikan dövlətinə məxsus avtomobildə kokain və marixuana aşkarlayıblar. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə RTL radiostansiyası məlumat yayıb.

Savoyya departamentinin Şamberi şəhəri ərazisində yoxlanılan nəqliyyat vasitəsinin içində 200 qram marixuana və kokain aşkarlanıb. Maşının içində 30 və 40 yaşlarında iki İtaliya vətəndaşı da olub. Onlar polis tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslərin üzərində diplomatik pasportlar olmayıb. Onların Vatikan administrasiyasına bağlı olub-olmadıqları, hələ ki, bilinmir.

Qeyri-rəsmi məlumatlara görə, diplomatik nömrəli "Mercedes" markalı avtomobil Vatikanda fəxri kitabxanaçı vəzifəsini tutan 91 yaşlı Xorxe Mariya Mexiaya məxsusdur. "Mercedes" bir neçə gün öncə təmirə verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.