Dünya

ABŞ İraqa yenidən qoşun yeridir

17 Sentyabr 2014 15:11
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Prezidenti Barak Obama "İslam Dövləti" ekstremist qruplaşması ilə mübarizə aparmaq üçün İraq və Suriyada yerüstü hərbi əməliyyatlar keçirməyi planlaşdırmır. Belə bəyanat Ağ Evdən gəlir. Pentaqondan edilən bəyanatlar isə fərqlidir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri Çak Heygel regionda yerüstü əməliyyatları istisna etmir. İŞİD-ə qarşı hərbi əməlliyyatlar keçirilməsi ilə bağlı məlumat ilk dəfədir ki, səslənir. Bunu ilk dəfə Çak Heygel deyir.

İlkin mərhələdə ABŞ Azad Suriya Ordusundan 5 min nəfər döyüşçü hazırlamağı planlaşdırır. Bu məqsədlə Obama büdcədən yarım milyard vəsait istəyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.