Dünya

Bred Pitt və Ancelina Colinin yeni filmindən ilk görüntülər - FOTO

17 Sentyabr 2014 11:55
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Baş rollarda Bred Pitt Ancelina Colinin çəkildiyi "Dənizin sahilində" filmindən ilk kadrlar yayımlanıb. Milli.Az "Büro 24/7"-yə istinadən bildirir ki, Universal Pictures şirkətinin istehsalı olan dram əsərində Coli özünü ssenarist, rejissor və prodüser qismində sınayır. Filmdə hadisələr Fransada 70-ci illərdə cərəyan edir. Baş qəhrəman, keçmiş rəqqas Vanessa həyat yoldaşından boşanmağa hazırlaşır. Lakin cütlük son dəfə birlikdə səyahət etməyi qərara alırlar. Hadisələrin necə bitəcəyi heç kimə məlum deyil.

Qeyd edək ki, Hollivudun ən məşhur cütlüyü ilk dəfə 2005-ci ildə "Mister və missis Smit" filmində birlikdə çəkilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.