Dünya

Məşhur müğənni Latviyanı məhkəməyə verdi

17 Sentyabr 2014 11:40
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış rusiyalı müğənni İosif Kabzon Latviya hökumətindən Avropa məhkəməsində iddia qaldırıb. Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, həm də Rusiya Federasiyası parlamentinin deputatı olan müğənni Latviya hökumətindən kompensasiya almaq niyyətindədir.

Müğənni Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsinə getmək üçün bilet alıb. Əvvəlcədən otelin pulunu da ödəyib. Lakin Latviya hökuməti onu ölkəyə buraxmayıb.

Kabzonla yanaşı, Valeriya Oleq Qazmanov kimi müğənnilər də Latviya ərazisinə buraxılmayıblar. Bu müğənnilər Ukrayna məsələsində Rusiya hökumətinin mövqeyini açıq-aşkar dəstəklədikləri üçün Latviyaya buraxılmayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.