Dünya

Polisə hücum: 7 nəfər öldürüldü

17 Sentyabr 2014 10:40
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiya polisi naməlum şəxslərin hücumuna məruz qalıb

Kolumbiyanın şimalında naməlum qrupun polis karvanına hücumu nəticəsində ölənlərin sayı 7 nəfərə çatdı.

Anspress-in məlumatına görə, daha əvvəl 4 nəfər polisin öldüyü bildirilirdi. Bundan əlavə daha 7 asayiş qoruyucusu yaralanıb.

Qeyd edək ki, insident ölkənin şimalında Kordova valiliyində baş verib.

Yerli polisin nümayəndəsinin bildirdiyinə görə kimin və hansı mqəsədlə polislərə hücum etməsi məlum deyil.

Hazırda polis baş verən hadisənin səbələrini araşdırır.

Bu arada yerli KİV güman edir ki, hücumun arxasında inqilabçı silahlı qüvvələrə aid yaraqlılar var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.