Dünya

Sarkisyanın sonudur

17 Sentyabr 2014 09:58
0 Şərh     Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistan hakimiyyəti konstitusiya islahatları aparmağa legitim deyil"

Ermənistanda parlament idarəçiliyi sisteminə keçidin tərəfdarları da konstitusiya islahatlarının aparılmasına qarşı çıxırlar, bu isə islahatların vaxtsız keçirilməsinə işarədir.

Anspress-in məlumatına görə, bunu ötən gün konstitusiya islahatları mövzusunda keçirilən "İrs" partiyasının yığıncağında partiya lideri Raffi Ovanisyan bildirib.

Ovanisyan təklif edilən islahatların bundan əvvəl də qəbul olunduğunu və icra edilsə də, heç bir dəyişikliyin yaranmadığını vurğulayıb. Onun fikrincə, bu gün ölkədə yaranan bir çox problemlər məhz konstitusiyaya riayət edilməməsindən irəli gəlir: "Konstitusiya, sadəcə, mündəricat deyil, eyni zamanda reqlamentdir. Ölkə inkişafı istənilən səviyyəyə çatmayıb, hakimiyyət isə bu cür əhəmiyyətli prosesin reallaşdırılması üçün lazım olan legitimliyə sahib deyil".

Ovanisyan, islahatların keçirilməsi üçün müəyyən olunan vaxtın onu təəccübləndirdiyini, eləcə də bu islahatlar barədə danışıqların son prezident seçkilərindən sonra gündəmə gətirildiyini hazırkı dövlət başçısının prezidentliyə bir daha nazmizədliyini iddia edə bilməyəcəyini qeyd edib.

"İrs" partiyasının rəhbəri, həmçinin qeyd edib ki, sözügedən prosesi şübhə altına salan digər bir məqam isə konstitusiya islahatlarının hazırlanması komissiyasına konstitusiya məhkəməsinin sədrinin gətirilməsi ilə bağlıdır. Ovanisyan burada mənfəət güdüldüyünü, hansısa maraqların toqquşmasının olduğunu vurğulayaraq, "məhkəmə hakimiyyətinin nümayəndəsi bu prosesdə iştirak etməməlidir" deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.