Dünya

Ukraynada məmurları saf-çürük edəcəklər

16 Sentyabr 2014 23:45
0 Şərh     Baxış: 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna Ali Radası üçüncü cəhddən lüstrasiya qanunu kimi tanınan hakimiyyətin təmizlənməsi haqqında qanunu qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, qeyd olunan qanunun lehinə 231 deputat səs verib. Qanunun qəbul olunması üçün minimum 226 səs gərəkdir.

Qeyd edək ki, bu gün Kiyevdə parlament qarşısında aksiya keçirilib. Etirazçılar lüstrasiya haqqında qanunun qəbul olunmasını tələb ediblər.

Lüstrasiya Maydan fəallarının əsas tələblərindən biridir.

Ukrayna qanunvericiliyində bu vaxtadək lüstrasiya proseduru nəzərdə tutulmayıb.

Hazırda sənədin Ukrayna prezidenti Petr Poroşenko tərəfindən imzalanacağı gözlənilir.

Hakimiyyətin təmizlənməsi haqqında qanun (lüstrasiya qanunu) istənilən şəxsin hər-hansı hakimiyyət orqanında vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda müvafiq yoxlama prosedurunun aparılmasını nəzərdə tutur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.