Dünya

İsrail və Fələstin razılaşdılar

16 Sentyabr 2014 21:41
1 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin vasitəçiliyi ilə İsrail və Fələstin arasında Qəzza zolağında bərpa işlərinə başlanmasına dair razılaşma əldə olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Robert Cerri bildirib.

Qeyd olunub ki, razılaşma işlərin aparılmasının təhlükəsizliyinə zəmanət verir, həmçinin görüləcək işlərə nəzarəti Fələstin həyata keçirəcək.

Qeyd edək ki "HƏMAS" hərəkatının lideri Əbu Marzuk bundan əvvəl bildirib ki, onun rəhbəri olduğu qruplaşma İsraillə birbaşa danışıqlar aparmağa məcbur olacaq.

Fələstin lideri Mahmud Abbas isə, öz növbəsində, HƏMAS ilə əməkdaşlığın kəsilməsinin mümkünlüyünə dair xəbərdarlıq edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.