Dünya

Obama Afrikaya ordu göndərir

16 Sentyabr 2014 12:00
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ Prezidenti Barak Obama Qərbi Afrikaya Ebola virusuna qarşı mübarizə üçün 3 min nəfər əsgər  göndərir. Burada geniş miqyaslı tibbi kurslar və gigiyena dərsləri keçiriləcək. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Agence Frans-Press məlumat yayıb. 

Amerika prezidenti xəstəliyin Atlantadakı nəzarət və profilaktika məntəqəsini də ziyarət edəcək. Burada tibbi ekspertlərlə görüşəcək və virus epidemiyası ilə mübarizə ilə bağlı bəyanat verəcək. 

Ebola virusunun yayılması bu ilin fevral ayında Qvineyada başlayıb. Sonradan virus Sierra Leone, Liberiya və Nigeriyaya da yayılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.