Dünya

Ukrayna rus casusu azad etdi

16 Sentyabr 2014 10:12
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 yaşlı Rusiya vətəndaşı Mariya 3 nəfəri yaralamaqda ittiham olunurdu

Ukraynada casusluqda ittiham olunan rusiyalı Mariya Koleda azad edilib.

Anspress-in məlumatına görə, Koleda Ukrayna ordusu ilə separatçılar arasında əsirlərin dəyişdirilməsi zamanı azad edilib.

Qeyd edək ki, Ukrayna təhlükəsizlik xidməti onun Ukraynanın cənub rayonlarında sabitliyi pozmaq məqsədilə fəaliyyət göstərən kəşfiyyat agenti olduğuna görə saxlamışdı.

22 yaşlı Rusiya vətəndaşı Mariya Koleda aprelin 4-də Xersona gələrək Xerson rusiyapərəst hərəkatçılarının liderləri və fəalları ilə bir sıra görüşlər keçirmişdi.

Aprelin 7-də Koleda Regional İdarəsinə hücümda iştirak edərək odlu silahla üç nəfəri yaralamışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.