Dünya

NATO düşmənlərinin siyahısını açıqladı

16 Sentyabr 2014 09:47
1 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rasmussen Rusiya təhlükəsini İŞİD-in İraqda törətdiyi təhlükə ilə müqayisə edib

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın Ukraynaya qarşı törətdiyi təhlükəni İŞİD-in İraqda törətdiyi təhlükə ilə müqayisə edib.

Anspress-in məlumatına görə, Rasmussen qeyd edib ki, hər iki təhlükəyə qarşı mübarizədə müttəfiq ölkələrlə birgə çiyin-çiyinə çalışmaq lazımdır. Belçikanın paytaxtı Brüsseldə Karnegi Avropa düşəncə dərnəyinin iclasında çıxışı zamanı Rasmussen, eyni zamanda, NATO təşkilatının da hazırkı siyasi proseslərə münasibətdə bir bölünmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu ifadə edib.

"Təşkilatın özü tolerantlıq və fanatizm, demokratiya və totalitarizm arasında bir geosiyasi bölünmənin astanasındadır. Müttəfiq ölkələrin təhlükəsizliyini risk qarşısında qoyan yeni məsələlər uzun illər boyu davam edə bilər. Azadlıq üçün bir güc mənbəyi olaraq qüvvətli mövqe sərgiləməliyik" - deyə Rasmussen vurğulayıb.

Ramusssen İŞİD-ə qarşı hərbi güc tədbiq edilməsinə tərəfdar olduğunu deyib. Onun sözlərinə görə, hazırda ərəb dünyasına qarşı təhlükə olan İŞİD, bir müddət sonra Qərb ölkələrinə qarşı da ciddi təhlükə mənbəyinə çevrilə bilər. Rusiya məsələsinə də toxunan Rasmussen əlavə edib ki, Vladimir Putinin hakimiyyəti altında Rusiya "soyuq müharibə" dövründən bəri Avropada sülhün təminatçısı olan bütün qanunları və öhdəlikləri pozub.

Rasmussen Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsini də bu qəbildən sayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.