Dünya

Rusiyada təcili toplantı

16 Sentyabr 2014 09:40
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dmitri Medvedyev təcili toplantı keçirib

Rusiya rəhbərliyi ölkə iqtisadiyyatına tətbiq olunan sanksiyalara qarşı mübarizədə müxtəlif hökumət dairələrini, siyasi partiyaları birləşdirməyə çalışır.

Anspress-in məlumatına görə, ötən gün Rusiyanın Baş naziri Dmitri Medvedyev bu məqsədlə siyasi partiya liderlərini hakim Vahid Rusiya Partiyasının baş qərargahında toplayıb. Medvedyev çıxışı zamanı qeyd edib ki, Qərb ölkələri Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq etməklə onun gücünü və iradəsini sınayır. Medvedyev Rusiyanın bu cür hədələrə boyun əyməyəcəyini deyib.

"Rusiya məsələnin həlli istiqamətində təklif olunan aldadıcı tədbirlərə inanmayacaq, ölkədə demokratiyanı qoruyacaq və bu prosesi daha da sürətləndirəcək" - deyə Medvedyev qeyd edib.

Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tədbiq olunan növbəti sanksiyaların əsas hədəfində Rusiya bankları, müdafiə təşkilatları və neft-qaz layihələri inkişafını əngəlləyəcək tədbirlər dururdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.