Dünya

Çimərlikdə kütləvi dava: 30 nəfər həbs olundu

16 Sentyabr 2014 09:37
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "İponema" çimərliyində oğrularla dincələnlər arasında iğtişaşlar olub

Braziliyanın Rio-de-Janeyro şəhərinin məşhur İpanema çimərliyində kütləvi dava baş verib. Dava oğru olduğu ehtimal edilən şəxslərlə çimərliyə gələnlər arasında qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, dava iğtişaşlara çevrildikdə çimərliyə təhlükəsizlik qüvvələri cəlb olunub. Polis dava edən tərəfləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Çimərliyə gələnlərin çantalarını və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən 30 nəfər həbs edilib.

Şahidlərin sözlərinə görə, həmin şəxslərin bir qismi öz çantalarını götürərək, çimərlikdən qaçmağa başlayıb və bununla panika yaradaraq, başqalarının da öz əşyalarını qoyaraq qaçmasına səbəb olub. Dəstənin digər üzvləri isə nəzarətsiz çantaları oğurlayıblar.

Rio-de-Janeyro administrasiyası İponema və digər çimərliklərdə asayişi qorumaq üçün 650-yə yaxın polis cəlb edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.