Dünya

"Mosul İŞİD-in paytaxtı oldu"

16 Sentyabr 2014 10:03
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq Prezidenti terror qruplaşması ilə bağlı açıqlamalar verib

İraq Prezidenti Fuad Məsum ölkəsində terror aktları törədən İŞİD qruplaşması barədə açıqlamalar verib.

Anspress-in məlumatına görə, İraq Prezidenti Fuad Məsum Fransanın "Europe-1" radiosuna müsahibə verib. Prezident ərəb ölkələrindən İŞİD-ə qarşı əməliyyatlarda hərbi dəstək istəmədiklərini, lakin dəstəklərinə ehtiyac duyduqlarını söyləyib.

"İŞİD "Əl-Qaidə" kimi deyil. Onlar bənzər ideoloji köklərə sahib olsalar da, İŞİD terrorçuları çox əhəmiyyətli mənbələrə sahibdir. Geniş nəzarət imkanları var, başqa ölkələrə yayılmağı planlaşdırırlar və dövlət qurmaq istəkləri mövcuddur. Mosul şəhərini də özünə xəlifə elan etmiş əl-Bağdadi paytaxt kimi göstərib. Son əməliyyatlardan sonra terror qruplaşması lideri gizlənməyə daha çox üstünlük verir", - deyə İraq Prezidenti bildirib.

Qeyd edək ki, İraq Prezidenti Fuad Məsum Fransanın vasitəçiliyi ilə təşkil edilən "İraqda sülh və təhlükəsizlik" adlı beynəlxalq konfransda iştirak etmək üçün Parisdədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.