Dünya

İŞİD-ə qarşı genişlənmiş əməliyyatlardan ilk FOTOlar

16 Sentyabr 2014 09:26
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 hərbi maşın və İraq təhlükəsizlik qüvvələrinə atəş açan 1 döyüş mövqesi məhv edilib

Amerika rəsmiləri bazar ertəsi bildiriblər ki, ABŞ İŞİD-ə qarşı planlaşdırılan genişlənmiş mübarizədə ilk addımını atıb və Bağdad rayonunda separatçılar tərəfindən hücumun qarşısını almaq üçün İraq qüvvələrinə havadan dəstəyə tələsirlər.

Anspress-in məlumatına görə, ABŞ mərkəzi komandanlığından bildirilir ki, bazar və bazar ertəsi günü Sincar yaxınlığı və cənub qərbi Bağdadda İraq təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə 2 aviazərbə endiriblər.

Hücumlar Barak Obamanın elan etdiyi İŞİD-ə qarşı genişlənmiş əməliyyatlar çərçivəsində edilib. Bundan əvvəlki aviazərbələr sırf Amerikanın maraqlarını və İraqda olan personalı qorumaq, İraq köçkünlərinə kömək məqsədi daşıyırdısa, bazar günündən bu yana zərbələr bir başa yaraqlılarla müharibə edən İraq qüvvələrinə dəstək xarakteri daşıyır.

Komandanlıqdan bildirilir ki, hücumlar nəticəsində İŞİD-ə aid 6 hərbi maşın və İraq təhlükəsizlik qüvvələrinə atəş açan 1 döyüş mövqesi məhv edilib.

Amerika rəsmilərinin bildirdiyinə görə, aviazərbələr İraq qüvvələrinin yaraqlılar tərəfindən atəşə məruz qalması zamanı havadan dəstək istəməsi nəticəsində baş verib. Birbaşa döyüş mövqeləri ilə əlaqə ABŞ-nin genişlənmiş əməliyyatlarına işarədir.

Qeyd edək ki, məlumatı verən rəsmilər adlarının gizli saxlanmasını tələb ediblər. Belə ki, missiyanı ictimai şəkildə müzakirə etmək səlahiyyətlərinə malik deyillər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.