Dünya

Dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəli açıqlandı

16 Sentyabr 2014 09:00
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini açıqlayıb.

APA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya keçən il olduğu kimi Massaçusets Texnologiya İnstitutu başçılıq edir.

İkinci yeri keçən illə müqayisədə reytinqdə irəliləyən Kembric Universiteti, üçüncü yeri isə Londonun İmperial Kolleci tutub. Dördüncü yerdə ABŞ-ın ən məşhur təhsil ocaqlarından biri Harvard Universiteti qərarlaşıb, beşinci-altıncı yerləri isə İngiltərənin cənubunda, Oksford qraflığında yerləşən eyni adlı universitet və London Universitet Kolleci bölüşdürüblər.

İlk onluğu ABŞ-ın dörd ali məktəbi tamamlayır: Stenford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston və Yel universitetləri.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.