Dünya

İŞİD-çi qız dünyanı şoka saldı - FOTO

15 Sentyabr 2014 09:38
9 Şərh     Baxış: 12 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya vətəndaşı olan 21 yaşlı tələbə qız "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaydığı yeni videonun "qəhrəmanı"dır.

Tibb fakültəsinin tələbəsi olmuş bu gənc qız kəsdiyi "kafir" başı əlində tutaraq kameralar qarşısında pozalar verib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, özünü Mühaciddin Bint Usamə adlandıran bu qızın dəhşətli görüntüsünün əks olunduğu foto onun Twitter-dəki profilində yerləşdirilib.
 

"Bu, həyatda ən çox arzuladığım işdir. Kafirlər və İslam düşmənlərinin hamısının sonu belə olacaq", - Mücahiddin Bint Usamə yazıb.

O, video və foto ilə yanaşı, 2001-ci ilin sentyabrın 11-də ABŞ-da törədilmiş məhum teraktların və "Əl Qaida" terror şəbəkəsinin mərhum lideri Usamə bin Ladenin də fotolarını yayıb.
 

"2001-ci ildəki hadisə zamanı 8 yaşım vardı. Baş verənləri anlamadım. İndi isə anlayıram və deyirəm ki, bütün bunlar müstəbidlərə dərs olmalıdır", - terrorçu qız yazıb.
 

Al Arabiya bildirir ki, bu qız İŞİD-in Suriyanın Rəqqa şəhərindəki "Əl Xənsa" qadın alayının üzvüdür.

Özünü "Mücahiddin Bint Usamə", yəni "Usamənin qızı mücahid" adlandıran bu xanımın fotosunda onun əynində ağ burka, başında çarşab var və əlində də kəsilmiş baş tutub.
 

Tələbə qızın sol tərəfində iki uşaq durub.
 

The Sunday Telegraph-ın məlumatına görə, Britaniyanın xüsusi xidmət orqanları bu qızın kimliyini araşdırmağa başlayıblar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.