Dünya

Yanukoviç baykot etdi

14 Sentyabr 2014 18:43
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Regionlar Partiyası ölkədə müharibə getdiyi bir zamanda seçkilərdə iştirak etməmək qərarı verib

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin partiyası parlament seçkilərini baykot edəcəyini açıqlayıb.

Anspress-in məlumatına görə, Regionlar Partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmayacağını bəyan edib.

Partiyanın icra katibi Boris Kolesnikov bildirib ki, partiyanın Siyasi Şurası ölkədə müharibə getdiyi bir zamanda seçkilərdə iştirak etməmək qərarı verib.

Qeyd edək ki, Regionlar Partiyası 2 il əvvəl keçirilən parlament seçkilərində Ali Radada 185 yer qazanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.