Dünya

Şotlandiya Britaniyada qalır?

14 Sentyabr 2014 10:56
0 Şərh     Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəy sorğuları Şotlandiyanın Britaniyada qalmasıına dəstəyin artdığını göstərir

Şotlandiyada müstəqilliyə dair referenduma beş gün qalmış keçirilmiş yeni rəy sorğuları respondentlərin Böyük Britaniya Birləşmiş Krallığında qalmağa daha çox dəstək verdiyini göstərir.

Şənbə günü açıqlanmış nəticələrə əsasən, sorğu iştirakçılarının 54 faizi Britaniyanın tərkibində qalmağa, 46 faizi isə müstəqilliyə dəstək verib. Şotlandiyanın Britaniyadan müstəqilliyinə dair referendum sentyabrın 18-də keçiriləcək.

Sorğuya əsasən, respondentlərin 40 faizi müstəqil Şotlandiyada onların özü və ailələri üçün maliyyə baxımından yaşamağın çətin olduğuna inanır. Sorğu iştirakçılarının 27 faizi isə müstəqil ölkədə həyat səviyyəsinin daha yaxşı olacağını düşünür.

Müstəqillik tərəfdarları liberal Şotlandiyanın Britaniyanın mühafizəkar hökuməti tərəfindən idarə edilməsinə dəstək olmadığını deyir. Opponentlər isə müstəqil Şotlandiyanın iqtisadi baxımdan çətinliklərlə qarşılaşacağını və qüdrətli Böyük Britaniyadan kənarda daha az təhlükəsizliyə malik olacağını bildirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.