Dünya

Ukraynanın müdafiə naziri: "NATO artıq bizə silah göndərir"

14 Sentyabr 2014 09:22
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir.


APA-nın "RSN"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna müdafiə naziri Valeriy Geletey yerli "Pyatıy kanal" telekanalına müsahibəsində bildirib.

Qurumun rəhbəri bildirib ki, o, bu günlərdə NATO-nun Uelsdə keçirilmiş sammitində Prezident Pyotr Poroşenkonu müşayiət edib. Valeriy Geletey qapalı formatda dünyanın aparıcı ölkələrinin müdafiə nazirləri ilə Ukraynaya silah tədarükü məsələsini müzakirə etdiyini qeyd edib: "Tədarük prosesi artıq başlayıb", - deyə nazir əlavə edib.

Bundan əvvəl Poroşenko da Kiyevin NATO ölkələri ilə birbaşa silah tədarükünə dair razılığa gəldiyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.