Dünya

"İslam Dövləti" bu dəfə ingilisi boğazladı

14 Sentyabr 2014 09:09
0 Şərh     Baxış: 1 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İslam Dövləti" terrorçu qruplaşması Böyük Britaniyanın vətəndaşı Devid Heynsin başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, video "İslam Dövləti"nin internetdə fəallığının monitorinqini həyata keçirən SITE təşkilatının saytında dərc olunub. Məhz bu təşkilat birinci olaraq amerikalı jurnalist Stiven Sotloffun edam faktını təsdiqləmişdi.

Qeyd edək ki, 44 yaşlı Böyük Britaniya vətəndaşı Devid Heyns Suriyada 2013-cü ildə girov götürülüb. "Guardian" nəşri qeyd edir ki, Suriyaya humanitar missiya ilə gəlmiş Devid Heyns cəmi 3 gün sonra girov götürülüb.

Nəşrin məlumatına görə, baş kəsilmə səhnəsini əks etdirən videoçarx Heynsin ailəsi onunla əlaqə yaratmaq xahişi ilə silahlılara müraciət etdikdən 1 gün sonra dərc edilib.

Qeyd edək ki, terrorçular sentyabrın 2-də ABŞ-ın "Time" nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.

Qeyd edək ki, "İslam Dövləti" qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.