Dünya

Peruda avtobus dərəyə yuvarlandı: 20 nəfər öldü

14 Sentyabr 2014 09:00
0 Şərh     Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Peruda sərnişin avtobusu dərəyə düşüb, nəticədə 20 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

APA-nın "UNN"-ə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubundakı Apurimak əyalətində baş verib. Naska əyalətindən yola düşən avtobus qəza nəticəsində 200 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Sərnişinlərin hamısı dini bayramda iştirak etmək üçün Kuskoya gedirmiş.

Yaralılar qəza şahidləri tərəfindən xəstəxanalara çatdırılıblar. Hadisə yerində cəsədlərin axtarışı davam etdirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.