Dünya

Alman tankları Ukraynada

13 Sentyabr 2014 18:03
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Berlin tanklarla bağlı hələlik heç bir açıqlama verməyib

Almaniya ordusunun "Leopard" tankları Ukraynanın qərbində görünüb.

Anspress-in məlumatına görə, ukraynalı bloggerlərin yaydığı xəbərdə bildirilir ki, sentyabrın 13-də ölkənin qərbindəki Ternopol şəhərinin yaxınlığında onlarla alman tankı görünüb.

Yerli sakinlər də bu məlumatı təsdiq edirlər. Şahidlər 34 "Leopard" tankından ibarət kolonun şərqə doğru hərəkət etdiyini bildirir.

Bloggerlər ehtimal edirlər ki, alman tanklarının Ukraynaya daxil olması NATO-nun sentyabrın 15-də başlayacaq "Rapid Trident-2014" təlimləri ilə bağlıdır.

Təlimlər sentyabrın 26-dək davam edəcək. Orada 15 ölkədən, o cümlədən Azərbaycandan 1300 hərbçi iştirak edəcək. Təlimləri ABŞ-ın Avropadakı komandanlığı idarə edəcək.

Almaniya Müdafiə Nazirliyi və rəsmi Kiyev alman tanklarının Ukraynaya daxil olmasını hələlik şərh etmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.