Dünya

Təhsilin ən bahalı olduğu ölkələr - SİYAHI - FOTO

13 Sentyabr 2014 13:25
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə "Business Insider" saytı araşdırma aparıb

Təhsilin ən bahalı olduğu ölkələr müəyyən edilib.

Anspress-in məlumatına görə, bu barədə "Business Insider" saytı araşdırma aparıb. Sayt təhsilə aid xərcləri nəzərə alaraq siyahı tərtib edib.

Təhsilin baha olduğu ölkələrin siyahısında ilk pillədə Avstraliya qərarlaşıb. Bu ölkədə bir il təhsil almaq üçün ümumilikdə 42 min dollar xərcləmək lazımdır. Siyahıda ikinci pillədə 39 min dollarlıq təhsil xərci ilə Sinqapur yer tutub.

Siyahıda digər ölkələr müvafiq olaraq ABŞ (36 min dollar), Honq Konq (18 min dollar), Kanada (29 min dollar), Fransa (16 min dollar), Malaziya (13 min dollar), İndoneziya (12 min dollar), Braziliya (12 min dollar), Tayvan (11 min dollar), Türkiyə (11 min dollar), Çin (10 min dollar), Meksika (9 min dollar), Hindistan (5 min dollar) qərarlaşıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.