Neftin həcminin azalması isə qiymətlərin yüksəlməsi ilə nəticələnirdi. Lakin, son günlər dünyanın neftlə zəngin iki bölgəsində - Yaxın Şərq və Rusiyada baş verənlərə baxmayaraq dünya bazarlarında xam neftin qiyməti sürətlə ucuzlaşmaqdadır. Ayın əvvəlindən keçən son 11 gün ərzində dünya bazarlarında Azərbaycan neftinin də daxil olduğu Brent markalı neftin 1 bareli 5%-dən çox ucuzlaşıb. Sentyabr ayının ilk günündə 1 bareli 103,1 dollara satılan Brent neftinin bareli dünən birjalarda 97,6 dollaradan təklif olunub. Qeyd edək ki, bu son 26 ay ərzində qeydə alınan ən aşağı qiymətdir. Brent neftinin 1 bareli sonuncu dəfə 2012-ci ilin iyun ayının 3-də bu qiymətə satılıb. Həmin tarixdən sonra Brent neftinin bareli 98 dollardan aşağı satılmayıb. Məlumat üçün bildirək ki, qiymətlərin bu səviyyədə aşağı düşməsi neft istehsalçısı olan Azərbaycan üçün itki hesab olunmalıdır. Nəzərə alsaq ki, cari ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollardan hesablanıb, o zaman belə vəziyyət budcə gəlirlərinə də təsirsiz ötüşməyəcək. Düzdər ilin əvvəlindən ötən dövr ərzində xam neftin qiyməti 100 dolların üzərində olduğu üçün bu növbəti aylardakı ucuzlaşmanı kompensasiya edə biləcək. Ancaq istənilən halda neftin ucuzlaşması ixracının 80-90%-nə yaxını neftin payına düşən bir ölkə üçün böyük itki hesab olunmalıdır. Dünya bazarlarında neftin ucuzlaşması ölkəyə əlavə vəsaitlərin, yəni büdcədə nəzərdə tutulandan artıq vəsaitin daxil olmasının qarşısını alacaqdır. Açıqlanan statistik rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin ilk 7 ayı ərzində xarici ölkələrə gömrük bəyannaməsi əsasında 11,3 milyard dollar dəyərində xam neft satılıb. Rəqəmlərdən görünür ki, Azərbaycan ay ərzində orta hesabla 1,6 milyard dollarlıq neft satıb. Belə olan halda neftin qiymətindəki hər 1%-lik azalma ayda Azərbaycan üçün 16 milyon dollar itki deməkdir.
Əvvəllər dünyada, xüsusilədə neftlə zəngin ölkələrdə baş verən gərginliklər zamanı birjalarda neftin qiyməti yüksəlməyə başlayırdı və belə vəziyyət hər kəs tərəfindən normal qarşılanırdı. Çünki neft ixrac edən ölkələrdə yaşanan gərginliklər əksər hallarda satılan neftin həcmini aşağı salırdı. Neftin həcminin azalması isə qiymətlərin yüksəlməsi ilə nəticələnirdi. Lakin, son günlər dünyanın neftlə zəngin iki bölgəsində - Yaxın Şərq və Rusiyada baş verənlərə baxmayaraq dünya bazarlarında xam neftin qiyməti sürətlə ucuzlaşmaqdadır. Ayın əvvəlindən keçən son 11 gün ərzində dünya bazarlarında Azərbaycan neftinin də daxil olduğu Brent markalı neftin 1 bareli 5%-dən çox ucuzlaşıb. Sentyabr ayının ilk günündə 1 bareli 103,1 dollara satılan Brent neftinin bareli dünən birjalarda 97,6 dollaradan təklif olunub. Qeyd edək ki, bu son 26 ay ərzində qeydə alınan ən aşağı qiymətdir. Brent neftinin 1 bareli sonuncu dəfə 2012-ci ilin iyun ayının 3-də bu qiymətə satılıb. Həmin tarixdən sonra Brent neftinin bareli 98 dollardan aşağı satılmayıb. Məlumat üçün bildirək ki, qiymətlərin bu səviyyədə aşağı düşməsi neft istehsalçısı olan Azərbaycan üçün itki hesab olunmalıdır. Nəzərə alsaq ki, cari ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollardan hesablanıb, o zaman belə vəziyyət budcə gəlirlərinə də təsirsiz ötüşməyəcək. Düzdər ilin əvvəlindən ötən dövr ərzində xam neftin qiyməti 100 dolların üzərində olduğu üçün bu növbəti aylardakı ucuzlaşmanı kompensasiya edə biləcək. Ancaq istənilən halda neftin ucuzlaşması ixracının 80-90%-nə yaxını neftin payına düşən bir ölkə üçün böyük itki hesab olunmalıdır. Dünya bazarlarında neftin ucuzlaşması ölkəyə əlavə vəsaitlərin, yəni büdcədə nəzərdə tutulandan artıq vəsaitin daxil olmasının qarşısını alacaqdır. Açıqlanan statistik rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin ilk 7 ayı ərzində xarici ölkələrə gömrük bəyannaməsi əsasında 11,3 milyard dollar dəyərində xam neft satılıb. Rəqəmlərdən görünür ki, Azərbaycan ay ərzində orta hesabla 1,6 milyard dollarlıq neft satıb. Belə olan halda neftin qiymətindəki hər 1%-lik azalma ayda Azərbaycan üçün 16 milyon dollar itki deməkdir.