Dünya

Rus siyasətçi Rasmusseni meydana çağırdı - FOTO

2 Sentyabr 2014 15:42
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mironov NATO baş katibini başından buzlu su tökməyə dəvət edib

"Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov "Bir vedrə buzlu su" kampaniyasına qoşulub.

Anspress-in məlumatına görə, Mironov ALS xəstələrinə dəstək kampaniyasına qoşularaq başından bir vedrə buzlu su töküb və NATO-nun baş katibi Anders Foq Rasmusseni meydana çağırıb.

"Estafeti Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurova verirəm və NATO baş katibi Rasmusseni, Avstraliyanın baş naziri Toni Ebbotu meydana çağırıram", - deyə Mironov bildirib.

Bundan başqa siyasətçi ALS xəstələrinə dəstək üçün Rusiyanın "Həyat bəxş et" fondunun bank hesabına 50 min rubl (1050 manat) köçürüb.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.