Dünya

Yezidi qadınlar 1000 dollara satılır

2 Sentyabr 2014 15:25
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Suriya İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, "İslam dövləti" (İS) terror təşkilatı girovluqda olan yezidi qadınlarını öz döyüşçülərinə 1000 dollara satır.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "İslam dövləti" təşkilatının üzvləri İraqda girov götürdükləri 300 yezidi qadını Suriyaya ötürərək döyüşçüləri üçün satışa çıxarıb. Onların sözlərinə görə, həmin qadınlar qul sayılırlar və "kafirlərlə" döyüşdə qənimət kimi ələ keçiriliblər.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, son günlərdə Suriyanın Hələb, Rakka və Hasaka bölgələrində 27 yezidi qadın satılıb. Onların məcburən dinini dəyişməyə vadar edildiyi də bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.