Dünya

Azərbaycanlı miqrant Rusiyaya 50 milyonluq ziyan vurdu

2 Sentyabr 2014 11:37
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Primorye vilayətində azərbaycanlı miqrant ekologiyanı ağlar qoyub. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, Lesozavodsk qəsəbəsində yaşayan 32 yaşlı Azərbaycan vətəndaşı 4 köməkçisi ilə birlikdə Anuçinsk və Mixaylovsk rayonlarında göyrüş, qarağac, ağcaqovaq və palıd ağaclarını kəsiblər. Bunun üçün peşəkar texnika da əldə ediblər.

Hazırda araşdırma başa çatıb və başında azərbaycanlının dayandığı dəstənin qanundan kənar əməlləri sübuta yetirilib. Meşə fonduna dəymiş zərər 50 milyon rubl kimi qiymətləndirilib. Dəstə üzvlərinin əmlaklarına həbs qoyulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.