Dünya

Biabırçılıq: kişi tüklü sinəsinin güdazına getdi - VİDEO

2 Sentyabr 2014 13:20
0 Şərh     Baxış: 3 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avialaynerin stüardessası kəskin ürəktutma keçirən kişi sərnişinin həyatını xilas etmək üçün defibrillyatordan istifadə etməkdən boyun qaçırıb. Səbəb isə kişinin sinəsindəki tüklər idi.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 62 yaşlı Cek Cordan təyyarədə olarkən qəflətən ürəyində kəskin ağrı başlayıb.

Mərhumun arvadı Kerolayn Cordan danışır: "Sərnişinlər arasındakı tibb bacısı və fizioterapevt ürək-ağciyər reanimasiyası prosedurları vasitəsilə ərimi ölməyə qoymamağa çalışdılar. Stüardessa isə defibrillyatordan istifadə etmək istəmədi. O dedi ki, ərimin sinəsi çox tüklüdür".
 

Bundan sonra strüardessalar Cek Cordanın sinəsindəki tükləri qırxmağa başlayıblar. "Prosedur" qurtaranadək Cordan ölüb.

Kerolayn Cordan aviaşirkəti məhkəməyə verib.
 

Aviaşirkət isə stüardessalara haqq qazandıraraq "onlar əllərindən gələn hər şeyi ediblər" deyib.
 

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.