Dünya

İsrail 1000 hektar torpağı işğal edir - VİDEO

2 Sentyabr 2014 11:03
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Qərb Sahilində Fələstin torpağını müsadirə edəcəyini deyir

İsrail bəyan edib ki, işğal altında olan İordan çayının Qərb Sahilində 4 kvadrat kilometr Fələstin torpağını müsadirə edəcək.

Anspress-in məlumatına görə, Betlehemin cənubundakı ərazini ələ keçirmək barədə qərar İsrailin 30 il ərzində etdiyi zəbt etdiyi ən böyük torpaqlardır.

Ordunun idarə etdiyi yerli administrasiya bildirib ki, bu, iyunda həmin ərazidə üç gənc yəhudinin qaçırılmasına və qətlə yetirilməsinə cavabdır.

The Wall Street Journal yazır: "Bu sionistlərin fələstinlilərdən qisasıdır".

Fələstinlilər deyiblər ki, İsrailə qarşı diplomatik addımlar atılmalıdır. ABŞ İsraili bu qərardan geri dönməyə çağırıb.

Qaş Etzion ərazisindəki torpaqların zəbt edilməsi Gevatot adlanan məskunlaşmanın genişləndirilməsinə yol verir.

Fələstinin baş vasitəçisi Saeb Erekat deyib ki, dünya birliyi "İsrailin Qərb Sahilində və Şərqi Qüdsdə davam edən məskunlaşma fəaliyyətinə" görə İsraili məsuliyyətə cəlb etməlidir.

Eyni zamanda Reuters agentliyinin ABŞ Dövlət Departamentinin rəsmisindən gətirdiyi sitata görə, "İsrailin bu addımı fələstinlilərlə iki dövlətli həll məqsədinə ziddir".

Fələstinlilər istəyirlər ki, dövlətləri İsrailin 1967-ci ildə zəbt etdiyi bütün torpaqları geri qaytarsın. Lakin Qərb Sahilində tikilən 200-dən artıq məskunlaşmada artıq 500 000-ə yaxın yəhudi yaşayır. Beynəlxalq qanunvericiliyə görə, bu məskunlaşmalar qanunsuzdur, amma İsrail bununla razı deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.