Dünya

Nümayişçilər televiziya binasına girdilər

2 Sentyabr 2014 10:04
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda polis nümayişçiləri televiziya studiyasından çıxarıb

Pakistan təhlükəsizlik qüvvələri televiziya binasını ələ keçirən yüzlərlə hökumət əleyhdarını telekanalın studiyalarından çıxarmağa müvəffəq olub.

Anspress-in məlumatına görə, baş nazir Nəvaz Şərifin istefasını tələb edən nümayişçilər paytaxt İslamabaddakı nümayişdən canlı yayım verən Pakistan Televiziyasına basqın edib.

Daha sonra polis taxta dəyənəklərlə silahlanmış və baş nazirin iqamətgahına doğru irəliləyən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Televiziya stansiyasında müxalifət lideri İmran Xan çıxış edərək Şərifin Pakistana rəhbərlik etməyə layiq olmadığını bildirib.

Nümayişlərin artıq həftələrdir davam etməsinə baxmayaraq Xan deyib ki, baş nazir istefa verməyənədək hökumət əleyhinə nümayişlərə son qoyulmayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.