Dünya

İŞİD geri çəkilir - FOTO

2 Sentyabr 2014 10:13
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq qüvvələri Süleyman Bəy qəsəbəsini "İslam Dövləti"ndən azad edib

İraq rəsmilərinin sözlərinə görə, İraq qüvvələri, kürd döyüşçüləri və şiə silahlılar Kərkükün cənubundakı Süleyman Bəy qəsəbəsinə daxil olaraq "İslam Dövləti" yaraqlılarının 3 aylıq nəzarətinə son qoyub.

Anspress-in məlumatına görə, İraq qüvvələri dünən də iki aydır ki, "İslam Dövləti" yaraqlılarının mühasirəsində olan Əmirli qəsəbəsinə daxil olub.

ABŞ-ın təyyarələrinin müşayiəti ilə artıq qəsəbəyə humanitar yardım çatdırılmaqdadır.

ABŞ ordusu bu gün bildirib ki, bazar günü "İslam Dövləti"nə qarşı Mosul bəndi yaxınlığından başlayan hava hücumları davam edir.

Bu gün habelə Britaniya baş naziri Devid Kameron parlamentə bildirib ki, Britaniya ABŞ-ın İraqda İŞİD-ə qarşı hava hücumlarını dəstəkləyir. O, "İslam Dövləti"nin yaratdığı terror təhlükəsinə qarşı Britaniyanın yeni qanun qəbul etməli olduğunu bildirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.