Dünya

Toy gecəsi yanğınsöndürən çağırdılar

2 Sentyabr 2014 09:34
1 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəy və gəlin evliliyin ilk günü gözlənilməz hadisə ilə üzləşiblər

İstanbulda yeni evlənən cütlüyə dostları unudulmaz zarafat ediblər.

Anspress-in məlumatına görə, şənbə günü gecə saatlarında İstanbulun Başakşəhir rayonu Oyakkənt ərazisində yerləşən evlərdən birində maraqlı hadisə yaşanıb. Belə ki, hadisə toydan evə yollanan cütlüyün başına gəlib. Bəyin dostları onunla zarafat etmək məqsədilə yanğınsöndürən qrupuna zəng edərək yeni evlənən cütlüyün yaşadığı ünvanı verib.

Yanğınsöndürən komandasının ünvana gəlməsilə toy gecəsini yaşayan cütlük bir anlıq şok keçirib. Gözlənilmədən evlərinə yanğınsöndürənlərin gəlməsi onları təəccübəndirib. Evdə hər şeyin qaydasında olduğunu izah edən bəy onları yola salıb. Lakin sonradan məlum olub ki, bəyin dostları ona evliliyinin ilk gecəsində unudulmaz bir xatirə yaşatmaq istəyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.