Dünya

Bir tələbə Seneqalı qarışdırdı - FOTO

2 Sentyabr 2014 12:48
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən həftə ölkəyə girən Ebola daşıyıcısı tələbə bir çox insanla təmasda olub

Ebola virusunun Qərbi Afrika ölkələri Qvineya, Liberiya, Syerra-Leone və Nigeriyada yayılması nəticəsində 1500 insan həyatını itirib.

Anspress-in məlumatına görə, bu ölkələr sırasına ilk virus daşıyıcısı ilə Seneqal da daxil olub. Keçən həftə virusun gənc tələbədə aşkar olunmasından sonra ölkə həyəcan təbili çalıb. Bazar ertəsi hökumətin təcili monitorinqi çağırılıb və 21 yaşlı gənclə təmasda olan hər bir insan müayinədən keçib.

Gənc Seneqala Qvineyadan gəlib. O öz ölkəsini 15 avqust tarixində, Qvineya Səhiyyə Nazirliyinin məlumatına görə, qardaşının virusdan ölümündən bir neçə gün sonra tərk edib. Səhiyyə Nazirliyi bildirir ki, gəncin qardaşını virus Syerra-Leonedə tutub.

Tələbə səyahətini sərhədlərin bağlı olmasına baxmayaraq Seneqala keçməklə davam edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, o 20 avqust tarixində Seneqalın paytaxtı Dakara gedərək orada şəhər kənarındakı qohumlarında qalıb. Təşkilat bildirir ki, artıq 23 avqust tarixində o, tibb məntəqəsinə qızdırma, ishal (diareya) və qusma - Ebolaya və digər xəstəliklərə aid simptomların olması şikayəti ilə müraciət edir.

Lakin o, həkimlərdən yoluxmuş insanlarla təmasda olduğunu gizlədib. O, Dakar xəstəxanasında malyariyadan müalicə aldıqdan sonra 26 avqust tarixində yenidən qohumlarının yanına qayıdıb.

Seneqal səhiyyə naziri Ava Mariya Koll-Sek bildirib ki, həmin gündən tələbənin təmasda olduğu hər bir insan gündə iki dəfə yoxlanılır.

Ölkənin prezidenti Maki Sal bildirib ki, xəstəliyin yayılmamasının qarşısının alınması üçün bütün tədbirlər görülür, eləcə də televiziya proqramları vasitəsilə adi əlləri mütəmadi yumaq kimi gigiyena qanunlarına riayət etməyi təbliğ edir, cəmiyyətin məlumatlandırılmasını təmin edirik.

Bu arada Qvineya Səhiyyə Nazirinin sözləri narahatlıq doğurub. O bildirib ki, anası, bacısı, qardaşı virusdan öldüyü təqdirdə evdən çıxan gənc gəldiyi yolda da kimisə virusa yoluxdura bilər.

Səhiyyə üzrə ekspertlər bildirirlər ki, uçuşların dayandırlıması və sərhədlərin bağlanması məsələni kökündən həll etmir.

ABŞ virusa qarşı mərkəzinin sədri Tom Friden bazar ertəsi, səfəri zamanı, Qvineyanın Konakri hava limanında bildirib ki, "Siz onlara nəyisə qadağa etsəniz, onlar bunun əksini edəcəklər. Biz əgər bu ölkələri kəsib atsaq, biz onlara dəstək olmaq və yoluxmanın qarşısını almaq fəaliyyətindən uzaqlaşacağıq, bu da dünyanın digər yanlarında virusun yayılmasına gətirib çıxaracaq".

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, virus nəzarət altına götürülənə qədər 20 min insan yoluxa bilər və bu, sadəcə 6 ayda baş verə bilər.

Ellen-Consan-Serlif isə əsaslı olmayan işçiləri buraxmamaqla bütün dövlət qulluqçularına gəlmədikləri günlərin məvacibinin verilməsi əmrini verib. Liberiyada hazırda məktəblər də bağlıdır.

Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "bəşər tarixinin ən qəddar virus xəstəliyi" adını alıb. Bu virusun 5 müxtəlif tipi var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.

İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.

Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

"Zmapp" adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.

Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılırlar. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili inyeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən "Zmapp" vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.

Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib. 4-5 sentyabr tarixində potensial Ebola müalicəsi və peyvəndləri haqqında Cenevrə ÜST mərkəzində məsləhət konfransı keçiriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.