Dünya

Ərdoğan Azərbaycana bu təyyarə ilə gəlir - FOTO

1 Sentyabr 2014 17:49
0 Şərh     Baxış: 1 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Kipr Türk Respublikasına səfər edən prezident səyahət zamanı "TUR" təyyarəsindən istifadə edib

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan ilk ölkə xarici gəzintisinə "TUR" adlı təyyarə ilə gedib.

Anspress-in məlumatına görə, ötən gün İstanbul Sabiha Gökçen Hava limanına gətirilən təyyarə Prezident Ərdoğanın ilk rəsmi səyahətinə çatdırılıb.

Təyyarə Türkiyə Hava Yollarının bazasında boyanıb. 90 kreslolu Airbus "A330-200" tipli təyyarənin bir tərəfinə "Türkiyə Respublikası", digər tərəfinə isə "Republic of Turkey" yazılıb.

Seçildikdən sonra ilk olaraq Şimali Kipr Türk Respublikasına səfər edən Ərdoğan səyahət zamanı "TUR" təyyarəsindən istifadə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Şimali Kipr Türk Respublikasındakı səfərini yekunlaşdırdıqdan sonra Azərbaycana gələcək.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.