Dünya

İran Prezidenti: "İnternetə mane olmayın"

1 Sentyabr 2014 17:37
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Həsən Ruhani radikal islamçıları internetə mane olmamağa çağırıb

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "Associated Press" agentliyinə istinadən xəbər verir.

"İran dünyaya pəncərə olan interneti bağlaya bilməyəcək. Ona görə də internetə mane olmaq lazım deyil", - Ruhani bildirib.

Məlumata əsasən, bu barədə Ruhani Tehranda nüfuzlu imamlarla görüşü zamanı bildirib. Ruhani vurğulayıb ki, internet güclü təhsil vasitəsidir və o, bu planda ölkəyə xidmət göstərə bilər.

Ruhaninin bu çıxışı dövlət televiziyası ilə canlı yayımlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.