Dünya

Rusiya rublu dəyərini itirir

1 Sentyabr 2014 16:57
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb"

Rusiya rublu dəyərini itirir. Sentyabrın 1-də Moskva Birjasında ABŞ valyutası tarixi maksimum həddinə çatıb.

APA-nın verdiyi məlumata görə, bu gün səhər saatlarında Moskva Birjasında 1 ABŞ dolları 37,3 rubla dəyişdirilib. 1 avro isə 49 rubla bərabər olub.

Avro sonuncu dəfə bu ilin may ayında bu həddə qalxıb.

Qeyd edək ki, Rusiya valyutası Ukrayna hakimiyyətinin Rusiya qoşunlarının Ukraynanın şərqinə daxil olması ilə bağlı bəyanatından sonra dəyərini sürətlə itirməyə başlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.