Dünya

Ukrayna ordusu Luqansk hava limanından çıxdı - FOTO

1 Sentyabr 2014 16:07
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna ordusu Luqansk hava limanından çıxıb. Milli.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Milli təhlükəsizlik və müdafiə şurasının analitik-informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.

"Ukrayna hərbçiləri əmr alıblar və Luqansk hava limanını tərk ediblər", - o əlavə edib.

Lısenko onu da qeyd edib ki, son sutka ərzində hərbi əməliyyatlar məkanında 7 hərbi qulluqçu ölüb, 25 nəfər yaralanıb.

Bundan əvvəl qondarma "Donetsk Xalq Respublikası"nın qərargahından bildiriblər ki, ordu hissələri cəbhədəlki boşluqları doldurmaq üçün qüvvələri Donetsk hava limanından geri çəkəcəklər.

Bu səhər UNİAN agentliyi yazırdı ki, Luqansk hava limanı uğrunda Rusiya Federasiyasının silahlı qüvvələrinin tank batalyonu ilə Ukrayna ordusu arasında döyüş gedir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.