Dünya

HƏMAS İranı çox sinirləndirdi

1 Sentyabr 2014 17:09
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzzada atəşkəsin elan edilməsi və bölgədə sərhədlərin cüzi şəkildə açılmasından sonra HƏMAS-ın siyasi ofisinin sədri Xalid Məşəlin Qətərin paytaxtı Dohada etdiyi çıxış Hərəkatın həmişəki müdafiəçisi olan İranı sarsıdıb.

Milli.Az salamnews-a istinadən bildirir ki, X.Məşəl Dohadakı çıxışı zamanı Qəzzaya verdiyi dəstəyə görə Qətər və onun əmiri, Türkiyə və onun prezidenti, Küveyt və onun əmiri, Tunis prezidenti, Malayziya və Sudan rəhbərlikləri, İordaniya, Oman Sultanlığı və sair ölkələrə təşəkkür edib.

Bildirək ki, bu ölkələr arasında HƏMAS-ı daim silahla təmin edən İranın adının çəkilməməsi və onun yalnız həmfikir və həmrəy ölkə kimi qeyd olunması iranlıları narahat edib.

İranın rəsmi dairələri və mətbuatında buna münasibət bildirilməsə də, bir çox mənbələr HƏMAS və X.Məşəli qınamağa başlayıb.

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının baş katibi Əli Şəmxani bir neçə gün əvvəl X.Məşələ zəng vuraraq onu atəşkəs münasibətilə təbrik ediblər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.