Dünya

Təzə bəyin 12, gəlinin 8 yaşı var

1 Sentyabr 2014 13:19
3 Şərh     Baxış: 1 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın şimalındakı Bəlx vilayətində 8 yaşlı qız 12 yaşlı oğlana ərə verilib.

12 yaşlı Sərdarla 8 yaşlı Minanın toyunda 30-a yaxın qonaq olub.


Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, atasının 2 min dolların müqabilində kənd ağsaqqallar şurasının "(cirgə") sədrinin 12 yaşlı oğluna ərə verdiyi Mina nikahın və gəlin olmağın nə anlam verdiyini belə, anlamır.


Minanın atası Mumin deyib: "Qərarıma görə peşman deyiləm. Çarəsizlikdən belə etdim. Kəndin ağsaqqallarına çox yoxsul həyat sürdüyümü dedim, ailəmi saxlaya bilmədiyimi söylədim. Onlar da Minanı ərə verməyimdə problem olmadığını bildirdilər. Üstəlik, aldığım pulla yoxsulluqdan az da olsa, qurtulacağım üçün məni təqdir etdilər".


12 yaşlı təzə bəy Sərdarın dediyinə görə, ailə həyatında bəxtəvər olmaq istəyir.

Sərdarın anası oğlunun toyunun anormal hadisə olmadığını vurğulayıb: "Gəlinim Minanın 8 yaşı var və onunla kimsə maraqlanmırdı. İndi oğluma ərə gəldi. Daha yaxşı həyat yaşayacaq".


Əfqanıstan qanunvericiliyinə görə, yetkinlik yaşına çatmamışlar arasında nikah yasaqdır. Amma bu yasağa faktiki olaraq məhəl qoyulmur.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.