Dünya

Ermənilərdən Əfqanıstan-Ermənistan müqayisəsi: Sarkisyan rejiminə daha bir zərbə

1 Sentyabr 2014 11:45
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rəhbərliyi altında yaşadıqları hökuməti bəyənməyən ermənilər onu digərləri ilə müqayisə etməyi sevirlər. Çiçəklənmək əvəzinə olan-qalan çiçəklərini də solduran Sarkisyan rejimi xalqın qızğın müzakirə obyekti olaraq qalır.

Ölkəsindən giley edən xalq onu adətən inkişaf etmiş qərb ölkələri, yaxud da ən azından sürətli inkişaf göstəricilərinə malik olan digər ölkələrlə müqayisə edir. Ermənilər isə Ermənistanı şərqin başıbəlalı ölkəsi Əfqanıstanla müqayisə ediblər.

Milli.Az bildirir ki, Əfqanıstanda keçirilən son prezident seçkilərinə toxunan ermənilər onu öz ölkələrində baş tutan seçkilərdən daha demokratik adlandırıblar. Ermənilər qeyd edirlər ki, Taliban rejiminin idarə etdiyi bir ölkədə səslərin hesablanması şəffaf və nəzarət altında keçirildiyi halda, Ermənistanda bu proses dünyada bərabəri olmayan qanunsuzluqla həyata keçirilir. Bu ölkədə səslərin hesablanması qapalı və gizli şəkildə yerinə yetirilir ki, bu da birbaşa korrupsiyaya xidmət edir. Ermənilərin fikrincə, demokratiyadan dəm vuran hökumət səs hesablamasını ictimaiyyətə açıq şəkildə keçirməlidir. Keçirmirsə, demək ki, öz nüfuzuna şübhə və xalqın inamına xayanət edir.

Ermənilər Sarkisyan rejiminə səslənərək Əfqanıstandan seçki mədəniyyətini öyrənməyi tələb ediblər. İqtisadi və siyasi baxımdan sabitliyi çoxdan unudan Əfqanıstan demokratik seçki keçirə bilirsə, deməli, bu, Ermənistanda da mümkündür. Sadəcə, bəzi qüvvələr bunu istəmir və onların başında da ölkədəki hakim rejim dayanır.

Ermənilər artıq heç nədən çəkinməyərək açıq şəkildə Serj Sarkisyan hakimiyyətinin nöqsanlarını üzünə deyirlər. Bu isə oyanış deməkdir. Oyanış - gözlərin açılması, gözlərin açılması isə haqqın tələbi və bu da öz növbəsində xalqın hakimiyyəti devirməyə can atması deməkdir.

Müşviq Mehdiyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.