Dünya

Nazir: "TANAP layihəsinin reallaşması istiqamətində hər şey yolunda gedir"

1 Sentyabr 2014 11:09
0 Şərh     Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TANAP layihəsi üçün ayrılmış maliyyənin xərclənməsinə başlanıb"

Bu sözləri APA-ya Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

"Üç ay əvvəl TANAP layihəsinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalandı. Bu vəsaitdən istifadə edirsinizmi?" - sualına T. Yılmaz belə cavab verib: "Krediti xərcləməyə başlamışıq. Bilirsiniz ki, 2019-cu ilə qədər layihəyə 3,6 milyard dollar pul sərf olunmalıdır. TANAP layihəsinin reallaşması istiqamətində hər şey yolunda gedir, heç bir sıxıntımız yoxdur".

"İşlərin gedişini yerində görmək üçün jurnalistləri hazırda iş aparılan bölgəyə aparacaqsınızmı?" - sualını cavablandıran nazir bildirib ki, layihənin həyata keçirilməsini işıqlandırmaq üçün həmişə jurnalistlərin dəstəyinə ehtiyac var: "Ona görə də yaxın gələcəkdə işlərin vəziyyətini yerində görmək üçün jurnalistləri bölgəyə apara bilərik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.