Dünya

Bu xristian şəhərində ən yayılmış ad Məhəmməddir

1 Sentyabr 2014 14:37
1 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt Osloda islam dinini qəbul edənlərin sayı sürətlə artır

Ötən il Norveçin paytaxtı Osloda oğlanlara ən çox verilən adın Məhəmməd olduğu məlum olub.

Anspress-in məlumatına görə, bu barədə Norveç Statistika Bürosunun apardığı araşdırmalar nəticəsində məlumat yayıb.

Statistika Bürosunun açıqlamasında bildirilir ki, ötən 4 il ərzində də Məhəmməd peyğəmbərin adı Norveçdə valideynlərin övladlarına ən çox verdiyi adlardan biri olub.

Bildirilir ki, Osloda 4,8 min adam Məhəmməd adını daşıyır. İkinci yerdə Yan, üçüncü yerdə isə Per (Pyotr, Piyer, Piter) adları yer alıb. Belə ki, ötən il paytaxt Osloda 4667 nəfər oğlan uşağına Yan, 4155 nəfərə isə Per adı verilib.

2012-ci ildə isə Yan daha məşhur ad olub. Həm il uşaqlara ən çox verilən adlar siyahısında Məhəmməd adı ikinci yerdə idi.

Qeyd edək ki, Noverçin əhalisinin sayı 5 milyondur. Onlardan cəmi 10,9%-i Allahın varlığına inanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.