Dünya

Ən qədim minarə çökə bilər

1 Sentyabr 2014 12:31
0 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Minarənin 65 metr hündürlüyü var

Əfqanıstan rəsmiləri 2002-ci ildə UNESCO-nun Dünya Mədəniyyət İrsinə aid edilmiş, 800 il əvvəl tikilən Cam Minarəsinin çökə biləcəyindən narahatdırlar.

Anspress-in məlumatına görə, qərbi Əfqanıstanda yerləşən Qor vilayətindəki Şahraq rayonu ərazisində, Hari çayı sahilində tikilmiş abidə təməlinin daşqın suları ilə zədələndiyi bildirilir.

65 metr hündürlüyündə minarə kərpic işi və zəngin naxışları ilə seçilir. Minarə hündürlüyü 2400 metrə çatan dağlarla əhatə olunub.

Bu memarlıq abidəsinin fransız arxeoloqlar tərəfindən dünya ictimaiyyətinə tanıtdırıldığı deyilir. Minarə daşdan tikilmiş, dünyanın ən yüksək ikinci minarəsidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.