Dünya

İŞİD-i bir qəsəbədən qovdular

1 Sentyabr 2014 09:13
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İraqda türkmənlərin yaşadığı Amerli 80 gündən sonra İŞİD qruplaşmasnın nəzarətindən çıxıb.
 
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 20 min nəfər türkmənin yaşadığı qəsəbə yenidən İraq ordusunun nəzarətinə keçib.
 
Məlumata görə, İraq Silahlı Qüvvələri keçirdikləri hərbi əməliyyat sayəsində Amerlini terror qruplaşmasından azad edə biliblər. Əməliyyata ABŞ da havadan dəstək verib.
 
İraq ordusu qəsəbənin ətrafındakı Həbəş, Lokum, Hafriyə və Yengice kəndlərini də İŞİD-in nəzarətindən çıxara bilib.
 
Məlumatda İŞİD-in çoxlu itki verərək geri çəkildiyi qeyd olunur.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.