Dünya

CNN İŞİD-dən müsahibə aldı

30 Avqust 2014 21:24
1 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amerikalı əsgərin də başını kəsərəm, Bəşər Əsədin də" 

"CNN" İŞİD üzvülərindən müsahibə götürüb. Telekanal bildirib ki, Suriyaya döyüşə gedənlərdən iki nəfəri bizimlə "Skype" vasitəsi ilə əlaqəyə girməyə razılıq verdi. Onların hər ikisi İŞİD hərbi birləşmələrində president Bəşər Əsədə qarşı döyüşür. Biz onlarla ilk dəfə xeyli əvvəl danışmışdıq və elə o vaxtdan da onlarla əlaqəmiz yaranmışdı.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bir çox danışıqlardan sonra onlar bizə müsahibə verməyə razılıq verdilər. Suriyanin şimalından "Skype"a qoşulsalar da texniki baxımdan xeyli çətinliklərlə üzləşdik, əlaqədə tez-tez qapanmalar müşahidə olundu. Ancaq bir neçə cəhdən sonra biz onlardan müsahibə götürə bildik.

Onlar haqqında məlumatlarımız vardı. Ancaq onlar üzübağlı olduqlarından biz kiminlə danışdığımızı dəqiqləşdirməkdə çətinlik çəkəsi olduq.

Onlar müsahibə üçün yerlərin tutduqdan sonra bir daha bəlli oldu ki, onlar üzlərini mümkün qədər gizlətmək üçün başlarına örtük dolayıblar. AK-47 avtomatı da ehtiyatla onların arasına yerləşdirilmişdi. Onlar özlərini cihad hərəkatında aldıqları ləqəblərlə təqdim etdilər: Əbu Bəkir və Əbu Ənvər.

Əbu Bəkir bizimlə müsahibəyə həvəslə razılıq vermişdi. O, hətta demişdi ki, digər cihadçı dostlarını da özü ilə gətirə bilər. Kamera qarşısında dayanaraq müsahibə verməyə də hazır olduğun söyləmişdi. Ancaq hər iki aydan bir xidmət etdikləri yerləri dəyişdiklərindən bunu etmək mümkün olmadı.

Əbu Bəkir bizə haradan gəldiyini söyləmədi. Əbu Ənvər isə Böyük Britaniyadan gələrək cihadçılara qoşulduğunu etiraf etdi: "Mən İngiltərənin cənubundanam. Mən orta səviyyədə imkanları olan bir ailədə böyümüşəm. Həyatım rahat keçirdi. Öz güzəranım vardı. Şəxsi maşın da almışdım. Ancaq problem onda idi ki, orada sən özünü islama həsr edə bilməzdin".

"Biz ətrafımızda baş verən şeytani əməlləri görürdük. Homoseksualizmi , törədilən criminal hadisələri izləyirdik. Biz zorlama halların da görürdük. Ancaq bütün bunlara bizim müqavimət göstərmək imkanımız yox idi. Çünki kafirlərin yazdığı qanunlar qarşısında müti olmaq zorunda qalmışdıq".

Onların hər ikisi Suriyaya Bəşər Əsədə qarşı vuruşmaq üçün gəlmişdi. İndi isə onlar hesab edirlər ki, İslam xilafəti bundan daha önəmli məsələdir. Biz Əbu Ənvərdən soruşduq ki, vətənində qalan dostlarına hansı ismarıcı çatdırmaq istərdi. Dedi ki, dostlarımı da cihadçılara qoşulmağa çağırıram.

"Etibarsız torpaqları tərk edib İslam məmləkətinə sığının", o, deyir. "Hazırda Rəqqada bizim İslam Dövləti var. Əlhəmdullah, indi İraqda da dövlətimiz var. Mən bütün dostlarımı bu islam ölkəsinə hicrət (müqəddəs köç anlamında) etməyə dəvət edirəm".

CNN deyir ki, müsahibə böyü hər iki gənc son dərəcə nəzakətli görünürdü. Onlarla səbrlə bizim suallara cavab verirdilər, bizə bu və ya digər məsələ ilə bağlı öz baxışların açıqlayırdılar. Onların düşüncəsinə görə müsəlmanlarla müharibə aparan Amerika əxlaqsız ölkədir.

Bizim söhbətimizdə Amerikanın ədalətsizliyi ilə bağlı daha çox Quantanama və Əbu-Qreyb həbs düşərgələrinin adı hallandı. Onlar həm də İŞİD-in başı kəsilən jurnalisti dəyişmək istədiyi "Ledi əl-Qaidə"nı- Afiya Siddiqin azad olunmasını istəyirdilər.

Əbu Bəkir deyirdi ki, onlarda olan məlumata görə ABŞ zindanlarında digər cihadçı qadınlar da saxlanılır. Həmin qadınlara kişilərə göstərilən rəftar tətbiq olunur. Müshaiblərimizin hər ikisi- həm Əbu Bəkir, həm də Əbu Ənvər bunu ədalətsizlik kimi dəyərləndirdilər.

Biz İŞİD cəlladları tərəfindən başı kəsilərək öldürülən amerikalı jurnalist Ceyms Foulinin faciəsinə onların münasibəti ilə də maraqlandıq.

"Həmin video yayılanda biz öz düşərgəmizdə digər qardaşlarla birlikdə ona baxmışdıq. Video-görüntüləri yükləyib saxlamışdıq da. Bu hadisə əslində Amerikanın İŞİD-ə qarşı törətdiyi cinayətlərə bir cavab hesab olunmalıdır", Əbu Ənvər deyir.

"Biz düşünürük ki, İslam Dövlətinin elə bir seçimi yoxdur. Amerikanın yüksək texnologiyası var. Ancaq bu heç də o demək deyil ki, onlar istədikləri ölkəni və insanları bombalaya bilərlər. İŞİD çalışdı ki, Amerikalı jurnalisti cihadçı biri ilə dəyişsin və ya jurnalistin azadlığı üçün pul alsın. Ancaq Amerika bütün bunlara razılıq vermədi. Çünki onlar özündən çox razıdırlar. Biz düşünürük ki, jurnalistin başının kəsilməsi ədalətli qərar idi. Ceyms Foulinin özünün də dediyi kimi önun əsil qatili ABŞ oldu".

CNN deyir ki, onların hər ikisinin təfsirində islam ekstremist və radikal görünürdü. Onlar Britaniyanın ən böyük müsəlman təşkilatı olan Britaniya Müsəlmanları Məclisini islamı satmaqda ittiham etdilər.

Qeyd edək ki, adıçəkilən qurum Britaniya rəsmi dairələrinə yaxınlığı ilə seçilir. Radikal addımları və ekstremist hərəkətləri bir qayda olaraq pisləyən bəyanatlarla çıxış edir...

CNN onlardan soruşub ki, əgər sizə də kiminsə başını kəsmək əmr olunsaydı, nə edərdiz?

"Baş kəsmək islamı yolla insana çıxarılmış ölüm hökmünün icrasıdır. Biz ona görə bunu edirik ki, bunu Allah belə istəyib. Bizə islam düşmənlərinin başını kəsmək xoşbəxtlik hissi yaşadır. İstərdim ki, Allahın peyğəmbəri ilə qarşılaşanda ona deyim ki, mən onun dininin müdafiəsi üçün nələr etdim. Ümid edirəm ki, Allah mənə elə bir şans verəcək ki, mən də Ceyms Foulinin başını kəsən qardaşlar kimi hərəkət edə biləcəm. Mənim üçün elə bir fərqi yoxdur ki, başın kəsəcəyim adam Ceyms Foulinidir və ya amerikalı əsgərdir, başın kəsdiyim Bəşər Əsəd də ola bilər. Mənim əllərim Allahın xeyir-dua verdiyi bu işi görməyə həmişə hazırdı", Əbu Ənvər deyir.

CNN İŞİD üzvü olan terrorçulardan onu da soruşub ki, "əl-Qaidə" qəddarlığına görə İŞİD-i ittiham edir. Nədən siz hələ də belə bir təşkilatı müdafiə edirsiz? Əbu Bəkir bildirir ki, bu iki təşkilat arasındakı fərq taktiki xarakter daşıyır. Əlbəttə, "əl-Qaidə" deyə bilməz ki, onlar çox qəddardılar... Ancaq biz islam qanuni ilə icazə verilmiş hərəkətləri icra edirik. Qrupların necə adlanmasının elə bir önəmi yoxdur. Önəmli olan odur ki, hər kəs islam qanuni ilə hərəkət etməlidir...

Biz onlara xeyli suallar ünvanladıq. Ancaq bir çox suallara cavab verməkdən yayındılar. Əvəzində müxtəlif düşərgələrdə çəkdirdikləri fotoları bizə göndərdilər.

Müsahiblərim yalnız bir dəfə sükuta dalmalı oldular. Biz onların ailəsi haqqında soruşanda əvvəlki kimi davakar grünmədilər. Əbu Ənvərdən soruşduq ki, sənin anan bu işlərə necə baxır, o, susdu və bu mövzuda danışmaqdan imtina etdi.

Bu aydındır ki, onların hər ikisi tezliklə öləcəklərinə əmindirlər. Onları ölüm döyüş meydanında da haqlaya bilər və ya düşmənlərə qarşı "şəhidlik missiyasın" yerinə yetirərkən də ölə bilərlər. Əbu Ənvər dedi ki, onun ailəsi onu geri döndərmək üçün göstərdiyi cəhdləri dayandırmalı oldu.

"Onlar daha mənə demirlər ki, geri dön. Ancaq başlanğıcda onlar buna çox cəhd göstərdilər. Ancaq indi onlar yəqin bilirlər ki, mən geri dönməyəcəm. İndi onlar deyirlər ki, biz sənin üçün dua edəcəyik ki, Allah sənin etdiyin bu cihadı qəbul etsin. Onlar artıq əmindirlər ki, mən geri dönməyəcəm və onlar bu həyatda bir daha məni sağ görməyəcəklər"...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.