Dünya

Rusiya ilə Polşa arasında təyyarə qalmaqalı

30 Avqust 2014 18:52
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Müdafiə nazirimizin təyyarəsinə qarşı Polşanın etdiyi hərəkət iki dövlət arasındakı münasibətlərə təsir edəcək".
 
APA-nın "RİA Novosti"yə istinadən məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin "Russia Today" kanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, ötən gün Slovakiyadan qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə Polşa hava məkanından uçmağa icazə verilməməsi Moskvada hiddətlə qarşılanıb: "Bu insident hər kəsdə, o cümlədən məndə təəccüb doğurur. Əgər bizim polşalı həmkarlarımız bu qərarı Ukraynadakı vəziyyətə görə veriblərsə, nəticə etibarilə münaqişənin həllinə heç bir müsbət təsiri olmayacaq, əksinə, Rusiya ilə Polşa arasındakı münasibətlərə təsir edəcək".
 
Rusiya XİN də bəyan edib ki, Varşavanın rusiyalı nazirin təyyarəsinə qarşı göstərdiyi münasibət beynəlxalq normaların və etik qaydaların kobud pozulmasıdır və Rusiya tərəfindən cavabsız qalmayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.