Dünya

Jirinovski başına buzlu su tökdü: "Biz onları adam hesab etmirik"

30 Avqust 2014 17:25
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dünyada, o cümlədən də sosial şəbəkələrdə geniş yayılan "Buzlu su ilə dəstək" kampaniyasına qoşulub.

Anspress-in "Vesti"yə istinadən verdiyi məlumata görə, ALS xəstəliyinə diqqəti cəlb etmək və onlara maddi yardım üçün başladılan bu kampaniyaya qoşulanlan siyasətçilərin sayı artmaqda davam edir.

Belə ki, bu gün tanınmış siyasətçilərdən olan Vladimir Jirinovski də bu siyahıya daxil olub. O, partiya üzvləri ilə birlikdə kampaniyaya qoşularaq, başlarına buzlu su töküblər.

Qeyd edək ki, Rusiyanın bir çox tanınmış siyasətçiləri, dövlət məmurları həmin aksiyada iştirak ediblər. Jirinovski də bundan sonra həmin aksiyanın davam etdirilməsinin vacib olduğunu bildirib. O, siyasətçi həmkarlarına mesaj da göndərib.

"Bundan sonra da siyasətçilər ALS xəstələrinə diqqət yetirməlidirlər. Onların borcudur ki, həmin xəstələrə qayğı göstərsinlər. Kim bu aksiyada iştirak etməyəcəksə və həmin problemə diqqət etməyəcəksə, biz onları adam hesab etmirik", - deyə Vladimir Jirinovski bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.