Dünya

İrəvanda silahlı insident

30 Avqust 2014 16:47
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən axşam İrəvanda yenə silahlı insident baş verib.

Anspress-in məlumatına görə, Ermənistan polisinin mətbuat xidməti bu barədə məlumat yayıb. Hadisə axşam saatlarında baş verib. Bildirilir ki, polis bölməsinə atışma faktı ilə bağlı məlumat daxil olub. Məlumata görə, 51 yaşlı Suren diz nahiyəsindən güllə yarası alıb. Kişi bildirib ki, ona maşından atəş açılıb.

Keçirilən axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisə paytaxtın mərkəzi küçələrindən birində yerləşən ofisdə baş verib. Sureni 53 yaşlı Arsen adlı şəxs güllələyib.

Sonda izahat verən cinayətkar təqsirini boynuna alıb və cinayətdə istifadə etdiyi silahı polisə təqdim edib. Tapança ekspertizaya verilib. Arsen isə saxlanılıb. İstintaq aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.